Türk paxlavası dünyanın 65 ölkəsində yeyilir

Türkiyənin milli şirniyyatlarından biri olan paxlava ixracından gələn gəlir 15 ildə 24 dəfə artıb.

784434
Türk paxlavası dünyanın 65 ölkəsində  yeyilir

Türkiyənin milli şirniyyatlarından biri olan paxlava ixracından gələn gəlir 15 ildə 24 dəfə artıb.
 
 Ölkə son 5 ildə xaricə 2 min tondan artıq paxlava satıb.
 
 Paxlava və Şirniyyat İstehsalçıları Dərnəyinin sədri Mehmet Yıldırım 2001-ci ildə 58 ton olan paxlava ixracının son 15 ildə 10 dəfə artdığını, ötən il 575 tona çatdığını bildirdi.

 
 Mehmet Yıldırım Türkiyədə gündə min ton paxlava istehsal edildiyini qeyd etdi, son 5 ildə 2 min 27 ton paxlava ixrac edildiyini söylədi.
 
Yıldırım paxlavanın artıq dondurulmuş şəkildə  dünyanın ən uzaq nöqtəsinə belə göndərildiyini vurğuladı.
 
 Türkiyənin hazırda 65 ölkəyə birbaşa paxlava ixrac etdiyini bildirənYıldırım  bu ölkələrin başında Almaniya, İsveçrə, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin gəldiyini söylədi.
 
 



Әlaqәli Xәbәrlәr