Yeriyə bilməyən heyvanlar üçün yürütəç ( xodunok)

Türkiyənin Mardin vilayətinin Derik qəsəbəsində yaşayan Həsən Kızıl iki il yarımdır şikəst, yeriyə bilməyən heyvanlara yardım edir.

782832
Yeriyə bilməyən heyvanlar üçün yürütəç ( xodunok)

Türkiyənin Mardin vilayətinin Derik qəsəbəsində yaşayan Həsən Kızıl iki il yarımdır şikəst, yeriyə bilməyən heyvanlara yardım edir.

Onun bununla bağlı fəaliyyətləri 2 il yarım əvvəl soyuq bir qış gecəsində, qonaqlarının maşınında mühərrikdə sıxışıb qalan bir pişiklə başlayıb.

Həsən Kızıl o gecə təcili müdaxilə edilmədiyinə görə ölən pişikdən çox təsirlənib və ehtiyacı olan heyvanlara köməklik göstərməyi qarşısına məqsəd qoyub.

Daha əvvəl əsgərlər üçün isidilən ayaqqabı, gözdən əlil olanlar üçün sensorlu əsa icad edən Kızıl indi isə bu qabiliyyətindən heyvanlar üçün yürütəç (xodunok) dizayn  etməkdə istifadə edir.

Həsən Kızıl bəsit materiallarla hazırladığı yürütəçlər üçün pul tələb etmir. Ətrafında olan yaxud da yeriyə bilməyən heyvanı olanlara istədikləri təqdirdə bu yürütəçlərdən qayırıb verir.


Etiketlәr: #pişik , #xadunok , #şikəst

Әlaqәli Xәbәrlәr