ABŞ-da, dinozavrlar dörünə məxsus canlı bitki tapılıb

Wisconsin və Minnesota ətrafında  tapılan bitkiyə “Lychnothamnus barbatus"  adı  verilib

783136
ABŞ-da, dinozavrlar dörünə məxsus canlı bitki tapılıb

 2012-2016 illər arasında Wisconsin və Minnesota ətrafındakı 16 göldə apardığımız araşdırmalar nəticəsində "Lychnothamnus barbatus" adlı yosunu gördük  və bunun digər növlərdən fərqli olduğunu düşünərək üzərində DNT analizi reallaşdırdıq. Bunu Pensilvaniyada Drexel Universitetinin bitki üzrə alimlərindən Richard McCourt deyib.

Richard McCourtun məlumatına görə  DNT testi nəticəsində yosunun dinozavrlar dövründə yaşayan "Lychnothamnus barbatus" olduğu təsbit edilib. McCourt bildirib ki, bu bitki növü Şimali Amerikanın fərqli bölgələrində həyatda qalıb və daha sonra başqa bölgələrə də yayılıb.

Araşdırmanın nəticələri "American Journal of Botany" jurnalda dərc olunub.



Әlaqәli Xәbәrlәr