ABŞ-da bir milyon il əvvəl yaşamış steqomastodonun qalığı tapıldı

Amerika Birləşmiş Ştatlarının New Mexico ştatında 10 yaşlı Jude Sparksın ayağına ilişən şeyin 1,2 milyon il əvvəl yaşamış filə bənzəyən steqomastodon adlı canlının qalığı olduğu ortaya çıxdı.

774839
ABŞ-da bir milyon il əvvəl yaşamış steqomastodonun qalığı tapıldı

 Noyabr ayında ailəsi ilə birlikdə təbiət qoynuna çıxan Amerika Birləşmiş Ştatlarının New Mexico ştatının sakini Jude  Sparks ayağına bir cismin ilişməsi nəticəsində yıxıldı.
 
 Sparks "New York Times"a verdiyi müsahibədə əvvəlcə ayağına ilişən şeyin taxta olduğunu düşündüyünü söylədi.
 
 Kiçik uşağın valideynləri Michelle və Kyle Sparks oğullarının yanına gələn zaman yerdəki qalığı fil dişinə bənzətdilər və New York Dövlət Universitetinin professoru Peter Houde ilə əlaqə yaratdılar.
 
 Ərazinin sahibindən  icazə alaran Houde və qrupu bir həftəlik tədqiqatdan sonra may ayında qalığı bütünlüklə  torpaqdan çıxarmağı bacardılar.
 
 Houde kəllə qalıqlarının 1,2 milyon il əvvəl yaşamış, filə bənzəyən, nəsli kəsilmiş steqomastodon adlı canlıya aid olduğunu bildirdi.
 
 Professor Houde bütün kəllə sümüyünün 1 ton ağırlığında olduğunu təxmin etdiklərini və araşdırmalara və bərpasına illər sərf olunacağını dedi . Houde steqomastodona aid kəllə sümüyünün daha sonra sərgilənə biləcəyini qeyd etdi.



Әlaqәli Xәbәrlәr