Ümumdünyada 710 milyon adam başqa ölkədə yaşamaq istəyir

Köç etmək istəyən 710 milyon insanın yaşamaq üçün  seçim  etdikləri  ölkələr arasında Türkiyə 15-ci sırada iştirak edir.

769108
Ümumdünyada 710 milyon adam başqa ölkədə yaşamaq istəyir

BMT Beynəlxalq Miqrasiya Təşkilatı, 160-dan çox ölkədə apardığı araşdırmanın nəticələrini açıqlayıb.

Araşdırmada yeni yetmələrə ‘İmkanınız olsa başqa bir ölkəyə köç etmək istəyərsənizmi  və ya  Belə bir planının varmı’ sualı verilib. 710 milyon nəfər imkan olması halında başqa ölktədə yaşamaq istədiyini bildirərkən, 66 milyon adam da bir il ərzində köç etməyi planlaşdırdığını, 23 milyon nəfər isə köç məqsədiylə hazırlıqlara başladığını açıqlayıb.

Araşdırmaya görə köç etmək istəyənlərin seçim etdikləri ölkələrin başında ABŞ, İngiltərə, Səudiyyə Ərəbistanı, Fransa, Kanada, Almaniya və Cənubi Afrika gedir. Köç etməyi planlaşdıranların getmək istədikləri ölkələrin isə Nigeriya, Hindistan, Demokratik Konqo Respublikası, Sudan, Banqladeş və Çin olduğu diqqət çəkir. Türkiyə isə köç etmək istəyənlərin seçim etdikləri ölkələr arasında 15-ci sırada iştirak edir.



Әlaqәli Xәbәrlәr