700 il əvvəl hamam isidici sistemin mexanizmi

Türkiyənin Muğla şəhərində qazıntı işlərindən sonra bərpası başlanılan Bəyliklər Hamamında 700 il əvvəl qızdırıcı sistemin istifadə edildiyi müəyyən olundu.

766573
700 il əvvəl hamam isidici sistemin mexanizmi

  YUNESKO-nun Dünya Mirası Siyahısına salınan, Qladiatorlər şəhəri, Karialılar və Leleglerin ev sahibi Stratonikeia antik şəhərindəki tarixi abidələrdən biri olan Bəyliklər Hamamında qazıntılardan sonra bərpa işlərinə başlanılıb.

  Pamukkale Universiteti Dil-Ədəbiyyat fakültəsinin Arxeologiya şöbəsinin müəllimi və Stratonikeia antik şəhəri qazıntı qrupunun başçısı professor Bilal Söyüd Beylikler hamamı kimi tanınan tarixi abidənin Osmanlı dövründə də şəhər memarlığı baxımından əhəmiyyətli olduğunu söyləyib.

  Hamamda olan sikkə, keramika və digər memarlıq xüsusiyyətləri abidənin təxminən 700 il əvvəl inşa edildiyini göstərir. B.Söyüd bölgədə Bəyliklər Hamamının içərisinin soyunma, ilıqlıq, istilik, təraş və odunluq hissələrindən ibarət olduğunu izah edib.

  Hamamda atəşin yandığı və üzərində suyun isidildiyi qazanın yerinin xaricində həm isti suyun, həm də hamamı istilədən isti havanın dolaşdığını söyləyən Söyüd bunları qeyd edib ki, “Hamamın divarlarını qızdırmaq üçün bişmiş torpaq boruların içindən isti hava dolaşdırılaraq təxminən 700 il əvvəl qızdırıcı sistemin tətbiq olunduğunu təsbit etdik. Qızdırıcılı sistemi 2 min il əvvəlki Roma hamamlarında görmüşdük. Ancaq Bəyliklər Hamamında fərqli özəlikləri var. Bəyliklər Hamamı mükəmməl istilik sisteminə malikdir, Bəyliklər dövrünə aid tam və gözəl bir nümunədir. Yandırılan odun atəşinin üstündəki böyük mis qazanda hamamın suyu isidilir, atəşin alovuyla də göbək daşı və digər zəminlər isidilirmuş. Bişmiş torpaq künklər (borular) içində gəzən duman da divarların isidilməsində istifadə olunurmuş".



Әlaqәli Xәbәrlәr