Dünyanın ən çox qazanan adamları

Amerika Birləşmiş Ştatlarının iş dünyası və iqtisadiyyat jurnalı “Forbes” dünyanın ən çox qazanan 100 məşhurunun adını açıqlayıb.

751295
Dünyanın ən çox qazanan adamları
Sean Combs_100 ünlüler.jpg
Beyonce.jpg
Cristiano Ronaldo.jpg
Coldplay.jpg
Drake.jpg

  “Forbes”in hər il təşkil etdiyi ən çox qazanan məşhurlar siyahısında bu il "Diddy" ləqəbiylə tanınan amerikalı aktyor, prodüser və repçi Şon Kombs (Sean Combs) 2016-cı ilin iyunundan 2017-ci ilin eyni ayına qədər olan dövrdə 130 milyon dollarlıq gəliri ilə zirvədə sayılıb. 

  Həmin tarixdə amerikalı müğənni, bəstəkar və aktrisa Beyons (Beyonce) 105 milyon dollar qazancı ilə ikinci, “Harry Potter” silsilə kitabının yazıçısı C.K.Roulunq (J.K.Rowling) 95 milyon dollar gəlirilə üçüncü, kanadalı müğənni Dreyk (Drake) 94 milyon dollarla dördüncü, portuqaliyalı futbolçu Kriştiano Ronaldo (Cristiano Ronaldo) isə 93 milyon dollarla beşinci olub.

  Qeyd edək ki, dünyanın ən çox qazanan 100 məşhurunun üçdə biri ABŞ, 20 faizi Avropa, 5 faizi isə Asiya qitəsindəndir.



Әlaqәli Xәbәrlәr