Çində itmiş məbəd gün üzünə çıxarıldı

Çində 1279-ci ildən etibarən itən Fugan məbədi arxeoloji qazıntılar nəticəsində tapıldı.

746674
Çində itmiş məbəd gün üzünə çıxarıldı

 Şinhua Xəbər Agentliyinin verdiyi məlumata görə, Sıçuan əyalətinin Çıngdu şəhərində aylarla davam edən arxeoloji qazıntılar nəticəsində təxminən 800 ildir tapıla bilinməyən məbəd ortaya çıxıb.
 
 Arxeoloqlar qrupunun rəhbəri Yi Li  məbədin sadəcə bir hissəsinin tapıldığını, bununla yanaşı, məbədə aid divarlar, yollar, quyular və xəndəklərin də aşkar edildiyini deyib.
 
 Həmçinin arxeoloji qazıntılarda e.ə. 1600-285-ci illərdə  hökm sürən Cou və Şanq xanədanlıqları dövrünə aid 80 qədim məzar, Buddizm inancına aid mindən çox lövhə və 500-yə yaxın heykəl tapılıb.
 
 Eramızın 4-ci əsrində inşa edilən məbəd 317-429-ci illərdə Şərqi Çin Xanədanlığı, 1127-1279-ci illərdə də Cənubi Sonq Xanədanlığı dövründə Buddizmə ev sahibliyi edəndən sonra sürüşmə və zəlzələ kimi təbiət hadisələri səbəbindən torpaq altında qalmışdı.



Әlaqәli Xәbәrlәr