Yapon gəmiçisi Ərtoğrul freqatınının  marşrutu ilə Marmarisə gəldi

65 yaşlı Masuda Kiyoshi  təqaüdə çıxdıqdan sonra ağacdan hazırlanmış 8 metrlik  gəmisi ilə Türkiyəyə doğru  yelkən açdı.

736044
Yapon gəmiçisi Ərtoğrul freqatınının  marşrutu ilə Marmarisə gəldi

Yaponiyadan 8 metrlik yelkənli gəmisi ilə yola çıxan yapon Masuda Kiyoshi 127 əvvəl Yaponiyadan Türkiyəyə dönərkən batan Ərtoğrul freqatının  marşrutu ilə son dayanacağa - Muğlanın Marmaris qəsəbəsinə qədər üzə bildi. 
 
 Yaponiyada elektrik işləyən 65 yaşlı Masuda Kiyoshi  təqaüdə çıxdıqdan sonra ağacdan hazırlanmış 8 metrlik  gəmisi ilə Türkiyəyə doğru  yelkən açdı.
 
 "Umeboshi" adlı gəmi  7 ayda okeanları keçərək  Marmaris Yaxt Marinaya lövbər saldı.
 
 Yaponiya və Türkiyə bayraqları ilə qarşılanan Kiyoshiyə müxtəlif hədiyyələr verildi.
 
 Masuda Kiyoshi Marmarisdən sonra sonra Egey dənizi sahillərini  gəzəcəyini söylədi
 
  Qeyd edək ki, Osmanlı Dövləti tarixinin ən uzun səyahətlərindən birinə çıxan Ərtoğrul freqatı 15 sentyabr 1890-cı ildə Yaponiyadan vətənə dönmək üçün Yokohama limanından yola çıxmış, ertəsi gün qasırğaya düşmüş, Kuşimoto qayalıqları ilə toqquşaraq batmışdı. Gəminin 500-dən çox ekipaj üzvü şəhid olmuş, 69 dənizçini isə xilas etmək mümkün olmuşdu.



Әlaqәli Xәbәrlәr