Zeynel bəy türbəsinin yeri dəyişdirildi

Türbə yeni yeri Hasankeyf Yeni Mədəni Park sahəsinə yerləşdirilib.

731124
Zeynel bəy türbəsinin yeri dəyişdirildi

  Batmanın İlisu Su Anbarı sahəsində olan 550 yaşlı Zeynel bəy türbəsi Türkiyədə ilk dəfə tətbiq olunan layihə ilə əsasında 2 kilometr daşınaraq su anbarı - göl sahəsindən çıxarılıb.

  Türbə yeni yeri Hasankeyf Yeni Mədəni Park sahəsinə yerləşdirilib.

  Türkiyənin Meşə və Su Təsərrüfatı İşləri naziri Veysel Eroğlu deyib: "1100 ton ağırlığında olan Zeynel bəy türbəsini daşımaq üçün dünyanın ən müasir texnologiyasından istifadə etdik. Bu, Türkiyənin haradan hara gəldiyinin açıq göstəricisidir".

  İlisu Su Anbarı daşarsa, su altında qalacaq Zeynel bəy türbtsinin daşınaraq Hasankeyf Yeni Mədəni Park sahəsində yerləşdirilməsi üçün 8 modulyar daşıyıcı SPMT istifadə edilib.

  Bu gün (12 may, 2017) səhər 08.00-da başlayan, təxminən 3,5 saat davam edən daşıma əməliyyatı 11.35-də tamamlanıb.

  İlisu Su Anbarı Gölü sahəsindən çıxarılan türbənin yerinə tam oturması 3 gün sürəcək.



Әlaqәli Xәbәrlәr