Dünya okeanında suyun səviyyəsi yüksəlir

Beynəlxalq tədqiqatçıların apardığı yeni araşdırmaya görə, qlobal istiləşmə nəticəsində okeanlarda suyun qızması Antarktidada buzlaqların sürətlə əriməsi və dünya okeanının səviyyəsinin 10 metrədək artmasına səbəb ola bilər.

726840

İngiltərənin Southempton Universitetinin professoru Sibren Drifhautun fikrincə, proses həmin qayda ilə davam etsə, yaşadığımız əsrdə dünya okeanının səviyyəsi 3 metrədək arta bilər. Qlobal istiləşmə gələn əsrlərdə suyun səviyyəsinin 10 metrdən də çox yüksəlməsinə və çay deltasındakı şəhərlərin su altında qalmasına səbəb olacaq.

“Environmental Research Letters” dərgisində dərc edilən araşdırmanın nəticəsinə əsasən, XXI əsrdə okean suyunun səviyyəsi ən azı 2.5-3 metrə qədər artacaq.

Mənbə:AZƏRTAC

Әlaqәli Xәbәrlәr