Maşın sürmək beyin aktivliyini inkişaf etdirir

Maşın sürmək beyin aktivliyinə müsbət təsir göstərir.

724727
Maşın sürmək beyin aktivliyini inkişaf etdirir

Zamanının çox hissəsini sükan arxasında keçirənlər daha tez qərar qəbul edirlər.

Alimlər maşın idarə edərkən beyinin sağ yarımkürəsinin aktivliyinin artdığını müəyyən ediblər.

Bu istiqamətdə aparılan iki qrupdan ibarət tədqiqatlarda iki min könüllü iştirak edib. Birinci qrupun iştirakçıları mütəmadi olaraq sükan arxasında, digərləri isə piyada hərəkət edirdilər.

Müəyyən edilib ki, piyadalara nisbətən maşın sürənlərin beyinləri yerdəyişmələr zamanı daha aktiv fəaliyyətə başlayır. Mütəxəssislərin fikrincə, bu əlavə sinir əlaqələrinin yaranması ilə bağlıdır.

Bundan əvvəl aparılan tədqiqatlar da onu sübut edib ki, orta yaşda maşın sürmək diqqət və yaddaşa müsbət təsir göstərir, 55 yaşdan yuxarı sükan arxasına oturmaq isə insanda özünü idarəetmənin inkişaf etməsinə təkan verir. Eyni zamanda araşdırmalar göstəriblər ki, yaşlı insanların sürücülükdən imtina etməsi onların fiziki və intellektual bacarıqlarının azalmasına səbəb olur.

 

 

 

Mənbə:AZƏRTAC 



Әlaqәli Xәbәrlәr