25 aprel Dünya DNT Günüdür

Hər il aprelin 25-i qeyri-adi bir bayram- Dünya DNT Günü qeyd edilir.

720206
25 aprel Dünya DNT Günüdür

Hər il aprelin 25-i qeyri-adi bir bayram- Dünya DNT Günü qeyd edilir. Bu tarixin seçilməsi Ceyms Uotson və Frensis Krikin Moris Uilkins və Rozalind Franklinlə birgə DNT molekullarının strukturunun öyrənilməsi istiqamətində apardıqları tədqiqatların nəticələrinin 1953-cü il aprelin 25-də “Nature” jurnalında dərc olunması ilə əlaqədardır. Məqalənin dərc olunmasından düz 50 il sonra, yəni 2003-cü il aprelin 25-də insan genlərinin deşifrə edilməsi layihəsinin sona yaxınlaşdığı elan edilib. Belə ki, genomun bəzi hissələrinin əlavə analizləri başa çatmasa da layihə üzərində əsas işin yekunlaşdırılması bildirilib. İnsan genlərinin strukturunun müəyyən edilməsi səhiyyənin inkişafı istiqamətində atılan çox vacib addımdır.

2003-cü ildən etibarən Dünya DNT Günü münasibətilə keçirilən tədbirlər ABŞ-ın İnsan Genomunun araşdırılması Milli İnstitutu tərəfindən təşkil olunur.



Әlaqәli Xәbәrlәr