Dünyanın ən qiymətli sırğaları hərraca çıxarılıb

Sotheby’s satış evi sırğa formasına salınmış iki nadir brilyantı hərraca çıxarıb.

710158
Dünyanın ən qiymətli sırğaları hərraca çıxarılıb

Sotheby’s satış evi sırğa formasına salınmış iki nadir brilyantı hərraca çıxarıb.

Qiymətli daşlardan biri “Mavi Apollon” (14,5 karat), digəri isə “Çəhrayı Artemida” (16 karat) adlanır. Onlara qədim yunan allahlarının adı təsadüfən verilməyib. Hərrac evinin nümayəndələri bildirirlər ki, bu daşlar öz nadir rənginə və təmizliyinə görə, dünyanın ən gözəl brilyantlarından hesab olunur.

Brilyantlara sırğa forması verilsə də, onlar ayrı-ayrılıqda satılacaq. İki lotun start qiyməti 68 milyon dollar təşkil edir.

 

Mənbə:AZƏRTAC 



Әlaqәli Xәbәrlәr