Sotheby's hərracında satılan “Çəhrayı ulduz” brilyantı dünya rekordu müəyyənləşdirib

Aprelin 4-də Honkonqda Sotheby's hərracında 59,6 karatlıq “Çəhrayı ulduz” (The Pink Star) brilyantı 71,2 milyon dollara satılaraq qiymətli daşların yeni qiymət rekordunu müəyyənləşdirib.

706546

AZƏRTAC-ın məlumatına görə, qiymətli daş kapitalına görə dünyanın ən iri zinət mağazaları şəbəkəsi olan “Chow Tai Fook Jewellery Group” tərəfindən alınıb.

“Çəhrayı ulduz” dünyanın ən böyük mükəmməl fantaziyaya malik çəhrayı brilyantıdır. Hərraca qədər onun dəyəri 60 milyon dollardan yuxarı qiymətləndirilirdi.

1999-cu ildə tapılan almazın ilkin çəkisi 132,5 karat təşkil edirdi. Cilalanma zamanı brilyanta oval forma verilib. 2013-cü ildə Sotheby's 83 milyon dollarlıq təklif alaraq onu satmağa çalışsa da, sonradan müştəri pulu ödəyə bilmədiyi üçün sövdələşmə pozulmuşdu.

Әlaqәli Xәbәrlәr