Londonda minlərlə insan "yastıq döyüşü"ndə iştirak etdi

İngiltərənin paytaxtı London minlərlə insanın iştirak etdiyi "yastıq döyüşü"nün rəngli görüntülərinə səhnə oldu.

703942
Londonda minlərlə insan "yastıq döyüşü"ndə iştirak etdi
fransa'da israil protestosu.jpg

İngiltərənin sosial media platformaları vasitəsilə təşkil olunan "yastıq döyüşü"ndə əksəriyyəti gənclərdən ibarət olan iştirakçılar paytaxtın cənubundakı Kennington Parkda toplaşdılar.
 
 İştirakçılar bir saat davam edən tədbir boyunca yanlarında gətirdikləri fərqli ölçülərdəki yastıqlarla bir-birinə vurdular, partlayan yastıqlardan uçan lələklərdən ətraf ağ rəngə boyandı.
 
Bəzi iştirakçıların tədbir üçün döyüşçü, heyvan və meyvə mövzulu kostyumlar geyinməsi diqqət çəkdi.
 
 Tədbir  "Beynəlxalq Yastıq Döyüşü Günü" çərçivəsində hər il aprel ayının ilk şənbə günü dünyanın 40-dan artıq şəhərində keçirilir.



Әlaqәli Xәbәrlәr