Alimlər:''Dünyanın ən böyük maral sürüsü azalır''

Dünyanın ən böyük şimal maralının sürüsünün  2000-ci ildən bəri 40 % azaldığı bildirilir.

685315
Alimlər:''Dünyanın ən böyük maral sürüsü azalır''

Rusiyanın şimalında yerləşən Taymır yarımadasında yaşayan maralların azalmasına səbəbin temperaturun qalxması və insan aktivliyinin olduğu deyilir.

Mәlumata görә, bu, heyvanların ənənəvi köç xüsusiyyətlərinin dəyişməsinə səbəb olur.

Qeyd edək ki,  Taymır sürüsü təxminən 50 ildir ki alimlər tərəfindən nəzarətdədir.

2000-ci ildə onların sayı 1 milyona çatıb, indiki araşdırma nəticəsində isə cəmi 600 min maral qaldığı bəlli olub.

Alimlər bildirib ki, bu yay marallar insan aktivliyindən yayınmaq üçün şərqə tərəf, həmçinin şimala tərəf yer dəyişiblər.

Alimlər maralların daha soyuq əraziyə köçmək, həmçinin isti və nəm havada yaranan ağcaqanadlardan qaçmaq üçün belə etdiyini güman edir.



Әlaqәli Xәbәrlәr