Elektrik vurdu, 30 metr yüksəklikdən düşdü, sağ qaldı

30 min voltluq elektrik enerjisinin vurduğu insan dirəkdən yerə yıxılıb.

683907
Elektrik vurdu, 30 metr yüksəklikdən düşdü, sağ qaldı

30 metr yüksəlikdən düşməsinə, dərisinin yanıb qarsalanmasına və qopmasına rəğmən, o, sağ qalıb. Sağ qalıb, üstəlik də duraraq yeriyib, səndərləyərək "Mənə kömək edin!" deyib.

Hadisə Nigeriyanın şimalında baş verib.

İntihar etmək üçün yüksək gərginlikli elektrikötürmə xəttinin dirəyinə dırmaşan 19 yaşlı nigeriyalı kabeldən yapışınca sanki, partlayış baş verib.

Elektrik qövsü işıqlanıb və nigeriyalı 30 metrdən aşağı düşüb.

Amma o, möcüzə nəticəsində sağ qalıb.

Ağır yanıq xəsarətləri alan gənc hospitala çatdırılıb.



Әlaqәli Xәbәrlәr