Yuxu saatınıza fikir verin

Yuxu çatışmazlığından əziyyət çəkən insanlar gün ərzində lazımi saatlarda yatan insanlara nisbətən daha çox kökəlməyə meyillidirlər.

681573
Yuxu saatınıza fikir verin

Yuxu çatışmazlığından əziyyət çəkən insanlar gün ərzində lazımi saatlarda yatan insanlara nisbətən daha çox kökəlməyə meyillidir.

Yaponiyanın Vaseda Universitetinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.

Mütəxəssislər 3 gün ərzində iki müxtəlif qrup üzərində təcrübə aparıblar. Qruplardan biri gün ərzində 7 saat, digər qrup isə iki dəfə az yatıb.

Nəticədə daha az yatan şəxslərdə iştaha cavab verən hormonlar 10 faiz azalıb.

Həmin qrup növbəti gün  7-8 saat yatdıqdan sonra hormonlar bərpa olunub.

Alimlər qeyd edir ki, yuxunun fiziki fəaliyyət və qidalanma ilə əlaqəsi çox güclüdür. Qeyd olunur ki, yuxu çatışmazlığı insanın daha çox yemək istəməsinə gətirib çıxarır.



Әlaqәli Xәbәrlәr