Dünyanın ən uzun ömürlü adamı Çinli Li Çinq-Yuen

Dünyanın ən prestijli jurnalı olan "Time"  Çinli Li Çinq-Yuenin 256 yaşında öldüyünü  iddia edir

642232
Dünyanın ən uzun ömürlü adamı Çinli Li Çinq-Yuen

Dünyanın ən prestijli jurnalı olan "Time"  Çinli Li Çinq-Yuenin 256 yaşında öldüyünü iddia edir. Jurnal Yuenin 256 yaşına qədər yaşamasının sirrinin "İt - göyərçin - tısbağa" üçlüsündə olduğunu yazdı.

Çinli bir bitki alimi, döyüş idmançısı və taktika verən olan Li Çinq-Yuen, 1736-da doğulduğunu söyləsə də, qeydlərdə 1677 olaraq görünür. Bu doğum tarixlərinə görə 1933-cü ildə öldüyündə ya 197 ya da 256 yaşında olması lazımdır ki iki halda da dünyanın ən çox yaşayan insanıdır.

‘Li Çinq-Yuen 1677-də Çyi Jianq Hsi, Stsexuan kəndində doğulduğu hesab olunur. Həyatının çoxunu dağların ətəklərində bitkilər yığaraq və uzun həyatın sirlərini araşdıraraq keçirdi.

1748-ci ildə 71 yaşındaykən Çin ordusuna döyüş müəllimi və taktika məsləhətçisi olaraq qatılmaq üçün Kai Hsienə daşındı.1927-də özü komandir Yanq Sen tərəfindən dəvət edildi. Komandir yaşına baxmayaraq onun gəncliyindən, gücündən və igidliyindən olduqca təsirlənmişdi."

Evə döndükdən bir il sonra öldü. Bəziləri onun təbii səbəblər üzündən öldüyünü söyləsə də bəziləri yoldaşları ölməzdən əvvəl "..bu dünyada etməm lazım olan hər şeyi etdim. Artıq evə gedirəm" -dediyini iddia edir.

Uzun həyatın sirri soruşulduğunda Usta Linin cavabı hər zaman bunlar idi:

-Təmiz bir ürəyin olsun
-Bir tısbağa kimi otur
-Bir göyərçin qədər həyat dolu hərəkət et
-Bir it kimi yat.



Әlaqәli Xәbәrlәr