Dünyanın ən böyük günəş elektrostansiyası

Hindistanda dünyanın ən böyük günəş elektrostansiyasının inşası yekunlaşıb

622188
Dünyanın ən böyük günəş elektrostansiyası

 

Hindistanda dünyanın ən iri günəş elektrostansiyasının tikintisi başa çatıb. Tamil-Nadu ştatında yerləşən “Kamuti” stansiyası 10,36 kvadrat km ərazidə quraşdırılan 2,5 milyon günəş panelindən istifadə edir. İnşaat işləri 8 aya tamamlanıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, 150 mindən çox yaşayış evinin elektrik enerjisi ilə təmini üçün nəzərdə tutulan elektrik enerjisi istehsalı üzrə yeni stansiyanın gücü 648 meqavat təşkil edir.

İri günəş elektrostansiyasının tikintisi Hindistan üçün əhalinin daha ucuz elektrik enerjisi ilə təmini istiqamətində atılan mühüm addım hesab edilir. Ölkə 2022-ci ilədək 60 milyon evi günəş enerjisi ilə təchiz etməyi, 2030-cu ilədək isə qazıntı halında tapılmayan mənbələr sayəsində lazım olan enerjinin 40 faizinin istehsalını planlaşdırır.

ictnews.az
 



Әlaqәli Xәbәrlәr