İpəklər üstündə "Qurani-Kərim"

Dünyada ipəkdən olan ilk "Qurani-Kərim"

621254
İpəklər üstündə "Qurani-Kərim"

  Dünyada ipəkdən olan ilk "Qurani-Kərim" azərbaycanlı rəssam tərəfindən hazırlanıb.

  Üç il müddətində hazırlanan "Quran-i Kərim" kitabında surələr qara şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb. Ölçüsü 29 x 33 sm-dir. Kitabın hazırlanmasında 50 metr parça, 1500 ml boyadan, üz qabığında dəri materialından istifadə olunub.

  Rəssam hazırladığı kitabdan danışarkən gördüyü işin çox böyük məsuliyyət tələb etdiyini bildirib: "Rəssamlıq Akademiyasını bitirmişəm və hazırda Mərmərə Universitetində sənət tarixi üzrə doktorantura təhsili alıram. Müəllif hüquqları qorunan rəssamlardanam və əvvəllər də ipək üzərində işləmişəm". Bu təklif mənə gələndə əvvəlcə tərəddüd etdim, çünki məsuliyyəti böyük idi. Daha əvvəllər ipəkdən "Qurani-Kərim" hazırlanmadığını öyrəndim. Bu günə qədər müxtəlif materiallar üzərində "Quran" yazılıb. Mən də səhifələrinin hamısı ipəkdən ibarət olan ilk Qurani-Kərimi hazırladım. Çünki ipək "Quran"da adı keçən bir parçadır. 3 il müddətində işlədim və dünyadakı yeganə ipək kitabı hazırladım. Çox şadam ki, bu kitab da "Qurani-Kərim" oldu".

  Ən nüfuzlu xəbər portallarından hesab edilən "Milliyet" Tünzalə Məmmədzadənin ipəkdən hazırladığı Qurani-Kərim haqda "Bu Kuran dünyada sadece bir tane" başlığı ilə yazı dərc edib.

 

 

 

 



 

 



Әlaqәli Xәbәrlәr