"Alibaba"nın virtual satış rekordu: 24 saatda 18 milyard dollar

Çinin alış-veriş saytı "Alibaba" "Subaylar Günü"ndə 24 saatda 18 milyard dollarlıq satış həyata keçirdi.

609621
"Alibaba"nın virtual satış rekordu: 24 saatda 18 milyard dollar

 Dünyanın ən böyük online alış-veriş saytlarından biri olan "Alibaba" şirkəti Çində 11 noyabr  "Subaylar Günü"ndə ötən ilki 14,3 milyard dollarlıq satışını bu il 32% artıraraq, 120.7 milyard yuan (təxminən18 milyard dollar) gəlir əldə etdi.
 
 "Alibaba" ötən ildəki ümumi satışına görə ilk 15 saatdakı 91,2 milyard yuan və ilk bir saatdakı 36,2 milyard yuan satışında da yeni bir rekorda imza atdı.
 

Bu il əksər alış-verişlər mobil telefonlar vasitəsilə həyata keçirildi.
 
 "Subaylar Günü"ndə  alış-veriş saytlarının elektron mallardan mebelə və geyimə qədər etdiyi endirimlərə maraq göstərən çinlilər ucuzlaşmalardan bəhrələnmək üçün bu günü gözləyirlər.



Әlaqәli Xәbәrlәr