Qanad açıqlığı 2 metr 21 santimetr olan nəhəng skat tapıldı
Yerli alimlər bunun skatlar növünün dünyada müəyyən olunmuş ən böyüyü olduğunu bildiriblər
İzmirin Çeşme qəsəbəsi sahillərində elmi araşdırma aparan qrup qanad açıqlığı 2 metr 21 santimetr olan nəhəng bir skat tapıb.
Yerli alimlər bunun skatlar növünün dünyada müəyyən olunmuş ən böyüyü olduğunu bildiriblər.
İzmirin Ege Universiteti Su Məhsulları fakültəsinin müəllimi, dosent İlker Aydın apardıqları araşdırmada skatın "Dasyatis pasticana" növünə aid olduğunu təyin etdiklərini bildirib, dünyada bu cür skatın tapıldığını, amma qanad açıqlığının 1 metr 41 santimetr olduğunu söyləyib.
Heyvanın cinsiyyətini təsbit üçün quyruğunu qaldırdıqları sırada doğum etdiyini, quyruğunun da kəsik olduğunu gördüklərini deyən İ.Aydın skatın və doğduğu 8 balanın ölçülərini götürərək dənizə buraxıldıqlarını bildirib.
Təxminən 450 kiloqram ağırlığında olan nəhəng skatın doğmaq üçün sahilə yaxınlaşdığını təxmin etdiklərini söyləyən İlker Aydın onu da deyib ki: “Başqa bir balıqçı gəmisi tərəfindən ovlandığı və zəhərli ola biləcəyi ehtimalı ilə quyruğu kəsilərək dənizə buraxıldığını da təxmin etmək olar”.
İ.Aydın onu da əlavə edib ki, dosent Ali Ulaş ilə birlikdə tapdıqları və araşdırdıqları heyvanın xüsusiyyətləriylə bağlı elmi hesabat hazırlanır və bunun skatlar növünün ən böyüyü olduğu beynəlxalq elmi mətbuata bildiriləcək.
Әlaqәli Xәbәrlәr
Kosmik səyahətçi olmaq istəyən hər kəs Marsa uça biləcək
Kompaniyanın sahibi İlon Mask bu barədə özünün sosial şəbəkəsində yazıb