Afrikada ağarmaq dəbdədir

Afrika ölkələrinin çoxunda qadın və kişilər dərilərini ağartmaq üçün kosmetik məhsullardan istifadə edirlər.

557434
Afrikada ağarmaq dəbdədir

Dünya Sağlamlıq Təşkilatının (ÜST) 2011-ci ildə yaydığı son məlumatlara görə, Nigeriyadakı qadınların  77%-i, Togolu qadınların 59%-i, Cənubi Afrikalı qadınların isə 35%-i dərilərini uzun müddət ağ saxlamaq üçün kimyəvi sabun və kremlərə müraciət edirlər.

Bu məhsulları mütəmadi istifadə edən ölkələr arasında Qərbi Afrikada Senegal və Mali öndə gəlir. Mali və Seneqalda hər dörd qadından biri bu dəriağardıcı kremlərin daimi istifadəçisidir.

Tərkibində civə və hidroxinon kimi sağlamlığa zərərli maddələr olduğu üçün ÜST tərəfindən qadağan edilməsi tələb edilən bu məhsulların satışı Avropa İttifaqında və bəzi Afrika ölkələrində qadağan edilsə də, istifadəçilərinin sayı həddindən artıq çox olduğu üçün qara bazarda əl altından satılmağa davam edir.

Cape Town Universitetinin araşdırmasına əsasən, Cənubi Afrikada satışda olan 29 ağardıcı məhsulun 22-sində insan sağlamlığına zərərli və qadağan olunmuş maddələr var.

Cape Town Universitetinin professoru Lester M. Davids bu kremlərin çay, sabun və süddən sonra Afrika evlərində istifadə edilən ən məşhur məhsullarından biri olduğunu qeyd edir.



Әlaqәli Xәbәrlәr