Çevriliş cəhdinə etirazlarını belə dilə gətirdilər

Türkiyə Sualtı İdmanları Federasiyasının Osmaniyə vilayətindəki nümayəndəliyindəki balıq adamlar Fətullahçı terror təşkilatının (FETÖ) çevriliş cəhdinə suyun altında “Milli idarənin yanındayıq” deyərək reaksiya göstərdi.

547940

Mersin vilayətinin Yarımadasına gedərək 25 metr dərinliyə dalan 12 dalğıç ölkənin dörd bir guşəsində meydanlarda davam edən “demokratiya keşiyi”ni bir müddət suyun altında davam etdirib.

Türkiyə Sualtı İdmanları Federasiyasının vilayət nümayəndəsi Əbubəkir Yılmaz jurnalistlərə açıqlama verərək, Türk idmançıların hər zaman çevriliş və belə təşəbbüslərə qarşı olduqlarını bildirib.

Osmaniyə Anadolu Gənclik Mədəniyyət və İdman klubunun sədri Ramazan Tıraş da meydanlar kimi dənizlərin də yeganə sahibinin xalq olduğunu göstərmək məqsədi ilə suyun altında çevriliş cəhdinə rəaksiyalarını göstərdiklərini dilə gətirib.  

Әlaqәli Xәbәrlәr