Dünyanın ikinci böyük almazına müştəri tapılmadı
İngiltərənin paytaxtı Londonda hərraca çıxarılan dünyanın ən böyük almaslarından olan "Lesedi La Rona"nı alan olmadı

“Sotheby’s” Hərrac Evindən verilən məlumata görə, hərracda iştirak edənlərin heç biri tennis topu böyüklüyündə olan almaza qoyulan 70 milyon dolları vermədi.
Qeyd edək ki, “Lesedi La Rona” noyabr ayında kanadalı “Lucara Diamond” şirkətinin Botsvana mədənində tapılıb. Almaza Botsvananın yerli tsvana dilində "ışığımız" mənasını verən “Lesedi La Rona” adı verilib. Təxminən 3 milyard yaşı olan 1109 karatlıq, 222 qramlıq almaz indiyə qədər olan ən böyük ikinci almaz kimi qeydiyyata keçib.
“Sotheby’s” Cəvahirat Bölümünün rəhbəri Devid Bennett onun indiyə qədər hərraca çıxarılan kəsilməmiş ən böyük almaz, yonulmamış cövhər olduğunu bildirib.
Әlaqәli Xәbәrlәr

Tajima: “Türkiyəyə valeh oldum”
4 qitədə 13 ölkəni gəzən Yapon fotoqraf Hirohisa Tajima Türkiyəyə məftun oldu