Əl arabasıyla belə gəlib qayıqla adrenalin keyfi alırlar

Antalyanın Manavqat qəsəbəsindəki Köprülü Kanyon Milli Parkı yenə yerli və xarici adrenalin həvəskarlarının vazgeçilməz əyləncəsi olub

504343
Əl arabasıyla belə gəlib qayıqla adrenalin keyfi alırlar

  Beşkonak məhəlləsində yerləşən, təxminən 14 kilometr uzunluğu və 100 metri aşan divarlarıyla Türkiyənin ən uzun kanyonu – su vadisi olan bölgədə yay aylarında gün ərzində orta hesabla 2 min, ildə isə 250 min adam salçılıq (rafting) edir.

  Antalyanın bu kanyon mərkəzi dünyada salçılıq üçün ən təhlükəsiz parkurlardan biri sayılır.

  Köprüçaya gələn qonaqlara 46 salçılıq mərkəzi xidmət edir. Mövsüm zamanları iyul, avqust və sentyabr aylarıdır.

  Təxminən 12 kilometrlik parkurda salçılıq edənlər həm çayda rezin qayıqlarla – təknələrlə su səyahətinin həyəcanını yaşayır, həm də təbii və tarixi gözəllikləri görmə, sərin sularda üzmə imkanı tapır.

  Manavqat Karabük Beşkonak Körpülü Kanyon Su İdmanlarını İnkişafetdirmə və Turizm Kooperativ İdarəsinin rəhbəri Refik Armağan AA müxbirinə söyləyib ki, “Martda Novruz tətilində iranlıların gəlməsiylə açılan salçılıq turları may ayından avropalı turistlərlə davam etdi. Bu həyəcanı bir dəfə yaşayan ikinci dəfə də mütləq gəlir. Burada 6 yaşında uşaq da əylənir, 65 yaşlı adam da. Əl arabası ilə belə gəlib qayığa minənlər var."



Әlaqәli Xәbәrlәr