Şakiranın əsli Osmanlı İmperatorluğundanmı gəlir?

Latın musiqisinin dünya şöhrətli səsi olan Şakira əsli Osmanlı İmperatorluğundanmı gəlir?

483309
Şakiranın əsli Osmanlı İmperatorluğundanmı gəlir?

Latın musiqisinin dünya şöhrətli səsi olan Şakira əsli Osmanlı İmperatorluğundanmı gəlir?

Bunu, Erciyes Universitetinin Ədəbiyyat Fakültəsi Tarix Bölümü Müəllimi dosent Gökhan Bolat iddia edir.

Gökhan Bolat, Latın Amerikasında yaşayan və Los Turcos kimi tanınan birliyin, 1840- 1951-ci illər arasında Osmanlı İmperatorluğundan köç edən birlik olduğunu bildirib.

“Los Turcos” sözünün “İspan Türklər” mənasını verdiyini xatırladan Bolat bu ifadənin Osmanlıdan Latın Amerikasına köç edən hər kəsin ümumi adı halına gəldiyini vurğulayıb.

Gökhan Bolat hesab edir ki, Osmanlı İmperatorluğu dağıldıqdan sonra, köç etdikləri torpaqlara daha çox inteqrasiya olan məşhur “Los Turcos”lar arasında, müğənni Şakira ilə bərabər, 1989-1999 illərdə Argentina Dövlət Başçısı olan və 'El - Turko' (Türk ) ləqəbi ilə xatırlanan Carlos Menem ilə 2011-ci ildə Forbes jurnalı tərəfindən dünyanın bir nömrəli zəngini seçilən meksikalı iş adamı Carlos Slim var.



Әlaqәli Xәbәrlәr