Balıqçıların yeni cihazı: Drone!

Son vaxtların ən çox istifadə olunan cihazı olan dronlar bir ilke imza atıb. Artıq balıqçılar da drondan istifadə edəcək.

482275
Balıqçıların yeni cihazı: Drone!

İlk istehsal olunduğu gündən etibarən geniş istifadə sahəsi olan dronlar indi də ovçuluqda istifadə olunacaq. Uzun bir vaxtdır ki, balıq ovlayan və bu işdə ustalaşan iki dost, balıq ovunda dronlardan istifadə etməyin mümkün olduğunu sübut edib.

Qarmağın uc hissəsini yem ilə bərabər drona bağlayan balıqçılar, cihazı suyun üstündə gəzdirərək balıq sürülərinin yerlərini təyin edirlər. Sonra isə dron qarmağın uc hissəsini balıq sürüsünün olduğu əraziyə buraxır. Yəni ki, dron qarmağı atmadan sakit bir vəziyyətdə balıq sürüsünün içinə yerləşdirərək sürünü qorxutmur. Bu isə daha çox balıq tutmağa imkan yaradır.


Etiketlәr: #Balıqçı , #Drone

Әlaqәli Xәbәrlәr