2 milyon dollar ianə toplayan velosiped

Veb səhifəsində maddi yardım toplayan “Speedx Leopard” adlı velosiped, hal-hazırda veb səhifənin ən məhşur və ən çox ianə toplayan layihəsidir.

474412
2 milyon dollar ianə toplayan velosiped

İstehsalının başa çatması üçün “Kickstarter” veb səhifəsində maddi yardım toplayan “Speedx Leopard” adlı velosiped, hal-hazırda veb səhifənin ən məhşur və ən çox ianə toplayan layihəsidir.

Karbon fiberdən hazırlanan velosiped digərlərilǝ müqayisǝdǝ daha güclü və daha dözümlüdür. Hər cür aerodinamik vəziyyətə salınan karbon fiber velosipedə həm elit bir görünüş qazandırır həm də maksimum sürət üçün imkan yaradır.

Fitnes məşqləri üçün nəzərdə tutulan velosipedin üstündəki 2.4 inc ekrana sahib ekran ürək döyüntünüzü, sürətinizi, hərarətinizi və nəbzinizi Ant+ texnologiyası vasitəsilə hesablayaraq sizə məlumat verəcək.

Çox az enerji sərf edən GPS sistemi ilə ağıllı yol sürüşü təmin edən Speedx Leopard, 800 km və 40 saatlıq yol məlumatını yaddaşda tutur. Ən əsası isǝ bunu 30 dəqiqəlik batareya dolumu ilə edə bilərsiniz.

Ömürlük zəmanət xidməti təklif edən və bir problem olduğunda hər cür dəyişiklik edən şirkət velosipedi aldıqdan 7 gün sonra bəyənməsəniz pulunuzu geri qaytarma sözü verir.



Әlaqәli Xәbәrlәr