Quşlar Hava Çirkliliyindən Xəbər Verəcək

Qanadlarına kiçik çanta taxılan göyərçinlər London səmalarında uçaraq hava çirkliliyi haqqında məlumat toplayacaqlar.

465419
Quşlar Hava Çirkliliyindən Xəbər Verəcək

Qanadlarına kiçik çanta taxılan göyərçinlər London səmalarında uçaraq hava çirkliliyi haqqında məlumat toplayacaqlar.

Əgər siz Londonda havanın necə olacağını öyrənmək istəsəniz göyərçinlər sizin köməyinizə çatacaq. Şəhərin fərqli nöqtələrində uçan göyərçinlərə olduğunuz yeri bildirdiyinizdə, havanın keyfiyyəti ilə bağlı “twitter” vasitəsilə məlumat ala biləcəksiniz.

Bu qəribə layihə tvitterdə təşkil olunan bir müsabiqədən qalib olaraq çıxıb. Layihədə istifadə olunan quşlar hər gecə yuvalarına qayıdan əhliləşmiş poçt göyərçinləridir. Bu layihənin əsas səbəbi insanları hava çirkliliyi haqqında məlumatlandırmaqdır.

Layihənin və “Plume Labs”-ın rəhbəri Romain Lacombe bildirib ki: Londonda hər il hava çirkliliyi səbəbilə 10.000 insan ölür. Bu ciddi bir problemdir. Biz göyərçinlərin qanadına sensor yerləşdirərək əldə etdiyimiz məlumatlarla, hava çirkliliyinin necə ciddi bir problem olduğunu və bu mövzuda hər kəsin əlindən gələni etməli olduğunu nəzərə çatdırmaq istəyirik.



Әlaqәli Xәbәrlәr