20 milyon sterlinq dəyərində kənd

İngiltərədə 20 milyon sterlinqə kənd satışa çıxarııb.

464963
20 milyon sterlinq dəyərində kənd

İngiltərədə 20 milyon sterlinqə kənd satışa çıxarııb.

Ölkənin şimal- şərqində yerləşən Vest Heslerton kəndi 8,5 kvadrat kilometrlik ərazisi, 43 yaşayış evi, ibtidai məktəbi, kilsəsi, benzindoldurma məntəqəsi ilə birlikdə satılır.

150 ildir ki, eyni ailəyə aid olan kəndin son sahibi Eve Davnayın 2011-ci ildə vəfat etməsindən sonra varislər kəndin satılmasına qərar veriblər.

Kənd sakinləri ev sahiblərinin humanistliyi sayəsində aşağı kirayə qiymətləri ilə bu günə qədər həyatlarını normal davam etdirdiklərini bildiriblər. Ümid edirlər ki, kəndin yeni sahibləri də eynilə əvvəlkilər kimi xoşniyyətli olacaqlar.

Qeyd edək ki, 2009-cu ildə İngiltərədə başqa bir kənd 22 yaşayış evi, təxminən 5 kvadrat kilometrlik kənd təsərrüfatı sahəsi, mağazası ilə 25 milyon sterlinqə, 2014-cü ildə isə 2 kvadrat kilometr torpağı və çimərliyi ilə birlikdə bir başqa kənd 11 milyon sterlinqə satılmışdı.



Әlaqәli Xәbәrlәr