Qara dəniz bölgəsində yerləşən çay sahələri üçün "genefond" layihəsi

Türkiyənin Qara dəniz bölgəsində yerləşən çay sahələri üçün "genefond" layihəsi hazırlanacaq.

459678
Qara dəniz bölgəsində yerləşən çay sahələri üçün "genefond" layihəsi

Türkiyənin Qara dəniz bölgəsində yerləşən çay sahələri üçün "genefond" layihəsi hazırlanacaq.

Çay Müəssisə​ləri İdarəsi "ÇAYKUR" şirkəti çay sahələrinin yenilənməsi çərçəvəsində yaradılacaq genefond layihəsi üçün ilkin olaraq tədqiqatları Rizə və ətraf şəhərlərdə aparacaq.

ÇAYKUR şirkəti layihənin hə​yata keçirilmə​si məqsədilə dünya çay əkinində ciddi işlər görən Yaponya, Çin, Şri Lanka, Hindistan, Vyetnam, İndoneziya və Kenyadan cürbəcür xüsusiyyətə malik çay kökləri gətirməyə başlayıb.

Bu çay kökləri üzərində aparılacaq tədqiqatlar nəticəsində ilk genefond yaradılacaq. Bu genefond Türkiyədə çay sahəsinə yeniliklər gətirərək bazarın inkişafına kömək edəcək. Genefond üçün gətirilən yeni çay kökləri ilə Türkiyədə yetişdirilən əla keyfiyyətli çaylar çalaq edilərək yeni növ əldə ediləcək. Yeni növlər vasitəsilə xüsusi dada malik çaylar istehsal olunacaq.



Әlaqәli Xәbәrlәr