Ağıllı dərman qutusu: Hero!

Bu ağıllı cihaz sizə hansı dərmanı nə vaxt qəbul etməyiniz və dərmanların nə qədər qaldığı haqqında kömək edəcək.

456535
Ağıllı dərman qutusu: Hero!

Dərman istifadə edənlərin ən böyük problemi hansı dərmanı nə vaxt qəbul etmək lazım olduğudur. Bir çox insan dərman qəbul etmə vaxtlarını yaddan çıxardır. ABŞ-da insanların 70 faizi ən az 1, 50 faizi isə ən az 2 dərman istifadə edirlər. Belə ki, keçən il ABŞ-da 2.3 milyon insan səhv dərman qəbul etdiyi üçün xəstəxanalara müraciət edib.

Ağıllı dərman qutusu Hero bütün bu problemləri həll etmək üçün istehsal olunub. İstifadə etdiyiniz bütün dərmanları içindəki qutularda saxlayan, qəbul ediləcək vaxtları və miqdarını təyin edən Hero sizin köməyinizə çatacaq. Dərmanları qəbul ediləcək vaxta qədər qutuda qoruyan cihaz, balaca uşaqların dərmanları tapıb qəbul etmələrinə mane olacaq. Heronun ağıllı telefon aplikasiyası sizə dərmanların qəbul edilmə vaxtlarını telefon vasitəsilə xəbər verəcək. Əgər istifadə etdiyiniz dərmandan az qalıbsa Heronun aplikasiyası bunu əvvəlcədən sizə bildirəcək.

Elektriklə işləyən bu cihaz hər hansı bir qapanma halında plastik açar vasitəsilə açıla biləcək. Yəni ki, elektrik olmadığı zaman ya da siz səyahət edərkən dərmansız qalmayacaqsınız. Siz bu cihazın düyməsinə toxunmadığınız müddətcə dərman qutudan düşə bilməz. Bu səbəbdən siz cihazın yaxınlığında olmasanız belə Hero dərmanlarınızı qoruyacaq.



Әlaqәli Xәbәrlәr