Bu mağazada heç kim işləmir!

İsveçdə yerləşən bu mağaza ərzaqlarını satmaq üçün işçilərdən yox mobil telefon proqramlarından istifadə edir.

445901
Bu mağazada heç kim işləmir!

Əməliyyat sistemləri mütəxəssisi Robert İlliyason bir neçə il bundan əvvəl qarşılaşdığı bir hadisədən sonra işçisi olmayan mağaza açmaq qərarına gəlib. Gecə oğluna yemək hazırlamaq istəyən Robert soyuducuda süd olmadığını görərək mağazanın yolunun tutub. Lakin gecə vaxtı açıq heç bir mağaza tapa bilməyən Robert 7 gün 24 saat işləyən və satıcısı olmayan bir mağaza açmaq qərarına gəlib.

Mobil əməliyyat sisteminin köməyi ilə işləyən bu mağaza demək olar ki, öz-özünü idarə edir. Mağazadan nəsə almaq istəyənlər mobil telefonlarına yüklədikləri proqram vasitəsilə istədiyi ərzağı seçərək ödənişi də yenə proqram vasitəsilə edirlǝr.

Robert qeyd edib ki, mağaza təhlükəsizlik kameraları ilə yoxlanılır. Həftənin 7 günü 24 saat açıq olan bu mağazada iki aydır heç bir oğurluq hadisəsi baş verməyib. Bu mağazada satıcıya ehtiyac yoxdur, bu da müştəriləri heç cür narahat etmir. Ay sonunda ərzaq azalanda mən özüm siyahı tuturam və əksik olan şeyləri mərkəzə bildirirəm. Bu günə qədər mağazada heç bir problem yaşanmayıb.



Әlaqәli Xәbәrlәr