Qırmızı sincablar üçün həyəcan təbili çalındı

İngiltərədə yaşayan boz sincablar qırmızı sincabların nəslini təhlükə altında qoyur.

442948
Qırmızı sincablar üçün həyəcan təbili çalındı

İngiltərədə yaşayan boz sincablar qırmızı sincabların nəslini təhlükə altında qoyur. Şotlandiyadakı ekologiya tədqiqatçıları boz sincabların şimala doğru köçlərini yaxından izləyir.

Alimlər qırmızı sincabların nəslinin yox olmasının qarşısını almaq üçün boz sincabların tələf edilməsini vacib görür. Alimlər qeyd edib ki, onları idarə etmək üçün tutmaq və öldürmək lazımdır. Boz bir sincab tələyə düşəndə onu tələdən xilas etmək qanundan kənardır. Təbii ki, bu heç kimin xoşuna gələcək bir hadisə deyil. Amma reallıq budur ki, qırmızı sincabları qorumaq istəyiriksə boz sincabları yox etməliyik.

Qırmızı sincablar İngiltərənin yerli heyvanlarıdır lakin əraziyə sonradan gətirilən boz sincablar qırmızıların ərazisini işğal etməyə başlayıb. Bu səbəbdən də qırmızı sincablar yavaş yavaş məhv olur.

Bəs görəsən boz sincablar niyə qırmızılar üçün bu qədər təhlükəlidir?

Boz sincablarda var olan bir virus qırmızıların ölməsinə səbəb olur. Tədqiqatçılar bildirib ki, boz sincabların 60 faizi “parapoks” adında bir virus daşıyır. Bu virus qırmızı sincablara keçəndə 15 gün ərzində ətrafda nə qədər qırmızı sincab varsa hamısı məhv olur.

İngiltərədəki 160.000 qırmızı sincabın 4/3-ü Şotlandiyada yerləşir. Digər sincablar Anglesey və Vight adalarında dövlət tərəfindən qorunur.



Әlaqәli Xәbәrlәr