Türkiyə şəfalı suları ilə də turizmin diqqət mərkəzindədir

Türkiyə sadəcə dəniz və günəşi ilə deyil, həm də şəfalı suları ilǝ səhiyyə sahəsində beynəlxalq aləmdə xüsusi ǝhǝmiyyǝtǝ malikdir.

442309
Türkiyə şəfalı suları ilə də turizmin diqqət mərkəzindədir

Türkiyə sadəcə dəniz və günəşi ilə deyil, həm də şəfalı suları ilǝ səhiyyə sahəsində beynəlxalq aləmdə xüsusi ǝhǝmiyyǝtǝ malikdir.

Müalicəvi sularının müxtəlifliyinə görə dünyada yeddinci, Avropada isə ilk sırada yer alan Türkiyə bu sahədə də xarici turistlərin ən çox səyahət etdiyi ölkələr sırasında yer alır.

Ağ rəngli travertǝn daşlarına görǝ UNESCO-nun dünya mədəniyyət irsi siyahısında yer alan Dənizlinin Pamukkale qəsəbəsi də ən çox ziyarət olunan yerlərdən biridir.

Müalicəvi suları ilə də məşhur olan bu qəsəbə turizm sektorunda çalışanların turistlərə getməyi ən çox məsləhət gördüyü yerlərdən biridir.

Belə ki, müalicəvi əhəmiyyəti sübuta yetirilən bu sulardan istifadə etməyi sevən turistlər həm də Dənizlinin tarixi, mədəniyyəti və təbii gözəlliyi ilə yaxından tanış olmaq imkanı ǝldǝ edirlǝr.



Әlaqәli Xәbәrlәr