Quş dili Dünya Mədəniyyət Mirasına namizəd olur

"Quş dili" Giresunun Çanakçı qəsəbəsinin Kuşköy kəndində yerli xalq tərəfindən işarə dili olaraq istifadə olunur.

437758
Quş dili Dünya Mədəniyyət Mirasına namizəd olur

Giresunun Çanakçı qəsəbəsinin Kuşköy kəndində yerli xalq tərəfindən işarə dili olan "quş dili" YUNESKO-nun Dünya Mədəniyyət Mirası siyahısına namizəd göstərilməyə hazırlanır.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə UNESCO-nun Türkiyə üzrə nümayəndələrindən ibarət heyət Giresun Valiliyində edilən toplantıda namizədlik üçün materialların hazırlıq işlərinə başlanıldığını bildiriblər.

Şəhərin Mədəniyyət və Turizm üzrə müdir yardımçısı Hulusi Güleç Kuşköy kəndinin camaatı tərəfindən quş dilinin əsrlərdir bölgədə istifadə edildiyini söyləyib: "Quş dilini YUNESKO-nun Dünya Mədəniyyət Mirasına daxil etmək üçün təxminən 5 ildir mübarizə aparırıq. Müəyyən nəticələr əldə etmişik. Yürütdüyümüz bu işlə bağlı hazırlayacağımız qovluq yaxınlarda namizədlik üçün təqdim olunacaq. Quş dilini Dünya Mədəniyyət Mirası siyahısına daxil edə bilsək, bu hadisə Türkiyə üçün bir ilk sayılar".



Әlaqәli Xәbәrlәr