Çirkli hava şəraiti dünyada hər il 5.5 milyon insanı öldürür

Yeni tədqiqatlar əsasında aydın olub ki, çirkli hava şəraiti səsəbi ilə dünyada hər il 5.5 milyon insan həlak olur.

435304
Çirkli hava şəraiti dünyada hər il 5.5 milyon insanı öldürür

Yeni tədqiqatlar əsasında aydın olub ki, çirkli hava şəraiti səsəbi ilə dünyada hər il 5.5 milyon insan həlak olur.

Hindistan və Çin dünyanın ən çox çirklənmiş əraziləri siyahısında ilk sıradadır. Ölənlərin yarısından çoxu məhz bu ölkələrin vətəndaşı olub. Fabriklər, zavodlar və nəqliyyat maşınlarından çıxan zərərli qazlar insan sağlamlığı üçün ciddi ziyan vurur. Tədqiqatlar göstərirki yaxın zamanda bunun qarşısı alınmasa vəziyyət daha da pisləşəcək. Çünki zərərli qazların qarşısını almaq üçün görülən tədbirlər çox az miqdarda təsir edir. Hər il zərərli qazlar atmosferə bir qat daha ciddi zərər verir.

Britaniya Kolumbiyası universitetinin professoru Maykl Brauer qeyd edib ki, hava çirkliliyi insan ölümü riskinin ən güclü səbəbkarıdır. “İnsanların sağlamlığını qorumaq üçün hava çirklənməsinin qarşısını almalıyıq”

Alimlər tərəfindən aparılan tədqiqatlar göstərir ki, Çin və Hindistanda ölümlərin 55 faizi hava çirklənməsindən baş verir. 2013-cü ildə təxminən 1.6 milyon insan Çində, 1.4 milyon insan isə Hindistanda bu səbəbdən həlak olub.

Çində hava çirkliliyinin əsas səbəbi yanmış kömürdür. 2013-cü ildə 336.000 insanın vaxtsız ölümünün səbəbi məhz budur. Hindistanda isə yanacaq kimi istifadə olunan odun, peyin və bioloji məhsullar havanın çirklənməsinə səbəb olur. Hindistandakı milyonlarla kasıb insan öz evlərində çirkli havanın təsirinə məruz qalır.

Son 50 ildir Şimali Amerika, Qərbi Avropa və Yaponiyada daha təmiz yanacaq vasitələri, biodizel istifadə edən nəqliyyat maşınları, fabrika və zadovlara gətirilən məhdudiyyətlər nəticəsində hava çirklənməsinin qarşısı alınır.

“Health Effects İnstitute”-nin rəhbəri Den Qrinbaum qeyd edib ki, “ Mən Amerikada havanın təmizlənməsi strategiyası programı üzrə işləmişəm və bilirəm ki, bu iş necə çətindir. Öndə gələn ölkələrin çiynində ağır bir yük var. Bu tədqiqat sağlam insanların sağlam mühitdə yaşaması üçün çox vacib bir prosesdir və mən əminəm ki, bu məsələ sonda öz nəticəsini göstərəcək.”



Әlaqәli Xәbәrlәr