Onu hǝr kǝs şlyapalı vǝ özünǝmǝxsus üslubu ilǝ xatırlayacaq

Süleyman Dǝmirǝl ǝlindǝ şlyapa ilǝ Türkiyǝnin siyasi tarixindǝ unudulmaz bir şǝxsiyyǝt kimi öz yerini tutdu vǝ şapkanı demokratiyada bir simvol olaraq xarakterizǝ etdi.

307631
Onu hǝr kǝs şlyapalı vǝ özünǝmǝxsus üslubu ilǝ xatırlayacaq

Süleyman Dǝmirǝl ǝlindǝ şlyapa ilǝ Türkiyǝnin siyasi tarixindǝ unudulmaz bir şǝxsiyyǝt kimi öz yerini tutdu vǝ şapkanı demokratiyada bir simvol olaraq xarakterizǝ etdi.
40 ildən çox siyasi fəaliyyət göstərən Dəmirəl Türkiyə tarixinə bu adlarla düşüb: "altı dəfə getdiyi baş nazirliyə yeddi dəfə gələn" partiya lideri, Dövlət Su İşləri İdarəsinin "anbarlar kralı", lǝqǝbli inşaat mühəndisliyi müdiri, Türkiyə siyasətinin şlyapalı "ata"sı.
Türk siyasǝtindǝ “Binaǝnaleyh" (belǝliklǝ) dedikdǝ ilk öncǝ xatırladığımız ad Süleyman Dǝmirǝl oldu. Heç kǝsǝ vermǝdiyi şapkası vǝ şǝkillǝrǝ dǝ ǝks olunan “mǝğlub olmamaq mübarizǝsi” ilǝ Dǝmirǝl Türkiyǝnin siyasi tarixinǝ unudulmaz bir simvolla hǝkk olundu. Dǝmirǝl şlyapanın demokratiyada bir simvola çevrildiyini dǝ vurğulayaraq deyirdi: ‘‘Şapka mǝnim deyil, indi millǝtindir’’.

Hǝlǝ gǝnc yaşında Dövlǝt Su İşlǝri İdarǝsinin müdiri oldu
Dǝmirǝl İsparta vilayǝtinin Atabǝy qǝsǝbǝsinın tabeliyindǝ olan İslamköydǝ “Paşa dayı” Yahya bǝy ilǝ Ümmühan xanımın ikinci övladı olaraq 1924-cü il noyabrın 1-dǝ anadan olub. İbtidai tǝhsilini 1930-35-ci illǝrdǝ anadan olduğu kǝnddǝ, orta tǝhsilini vǝ liseyi isǝ İsparta vǝ Afyon şǝhǝrlǝrindǝ bitirib. Afyon liseyindǝn 1941-ci ildǝ mǝzun olan Dǝmirǝl daha sonrakı illǝrdǝ İstanbul Texniki Universitetinin Mühǝndis Mǝktǝbinin qǝbul imtihanlarını müviffǝqiyyǝtlǝ verir.

Dǝmirǝl

Dǝmirǝl İstanbul Texniki Universitetinin İnşaat Fakültǝsindǝn 1949-ci ildǝ mǝzun olub vǝ hǝmin il Elektirik İşlǝri üzrǝ İdarǝdǝ vǝzifǝyǝ başlayıb. Suvarma vǝ elektirik sahǝlǝrindǝ araşdırma aparmaq mǝqsǝdi ilǝ ABŞ-na göndǝrilib vǝ ölkǝyǝ qayıdandan sonra “anbarlar kralı” titulunu alaraq Dövlǝt Su İşlǝri İdarǝsinin müdiri tǝyin olunub. Müdir kimi müxtǝlif anbar vǝ suvarma layihǝlǝrini hǝyata keçirib. Aysınhover (Eisenhower) vǝqfinin tǝqaüdünü alaraq yenidǝn ABŞ-na yollanıb vǝ hǝrbı xidmǝtǝ getmǝk üçün 1960-cı ildǝ müdir vǝzifǝsindǝn ayrılıb.
Hǝmin ilin mayın 27-dǝn etıbarǝn bir müddǝt sǝrbǝst mühǝndis vǝ podrat kimi işlǝyǝn Dǝmirǝl Orta Doğu Texnik Universitetindǝ (ODTÜ) müǝllim kimi çalışıb. Boğaz körpüsünün ilk layihǝsini hazırlayan ABŞ-ın beynǝlxalq mühǝndislik vǝ podratçılıq firması olan Morisan Knudsen İnc-in Türkiyǝ nümayǝndǝlǝyi vǝzifǝsinǝ tǝyin olunan Dǝmirǝl bu vǝzifǝsinǝ görǝ bir müddǝt “Morisan Süleyman” olaraq da xatırlanıb.
“Anbarlar kralı” siyasǝtlǝ mǝşğul olmağa başlayır
1962-ci ildə Ədalət Partiyası ilǝ siyasətə qǝdǝm qoyan Süleyman Dəmirəl 1964-cü ildǝ partiyanın sǝdri seçilib. Dǝmirǝl qurulmasını tǝmin etdiyi vǝ 1965-ci ildǝ fevral-oktyabr aylarında vǝzifǝdǝ olan koalisiya hökumǝtinın dǝ Baş nazirin müavini vǝ Dövlǝt naziri vǝzifǝsini icra edib vǝ hǝmin ilin oktiyabr ayının 10-da keçirilǝn seçkilǝrdǝ ilk dǝfǝ millǝt vǝkili seçilib.
Seçkilǝrdǝ birinci yeri tutan partiyanın lideri vǝ İsparta şǝhǝrindǝn millǝt vǝkili seçilǝn Dǝmirǝl Türkiyǝ Cümhuriyyǝtinin 12-ci Baş naziri olaraq hökumǝti formalaşdırıb. Dǝmirǝl 1969, 1970, 1975, 1977 vǝ 1979-cu illǝrdǝ daha beş dǝfǝ hökumǝt qurub. 12 Mart notasından sonra “şapkasını alıb gedǝn” Dǝmirǝl 1973-cü ildǝ Әdalǝt Partiyası seçkilǝrdǝ ikinci partiya kimi qǝlǝbǝ qazandıqda ana müxalifǝt lideri olaraq siyasi fǝaliyyǝtini davam etdirib.

Dǝmirǝl

Milli Sǝlamǝt Partiyasının (MSP) lideri Nǝcmǝddin Әrbakan vǝ Milliyǝtçi Hǝrǝkat Partiyasının lideri Alparslan Türkeş ilǝ 1975-ci ildǝ birinci Millǝtçi Cǝbhǝ hökumǝtini quran Dǝmirǝl 1977-ci ildǝ Әrbakan vǝ Türkeş ilǝ ikinci Millǝtçi Cǝbhǝ hökumǝtini formaladırıb. 1979-cu ildǝ keçirilǝn seçkilǝrdǝn sonra MSP vǝ MHP-nin dǝstǝklǝdiyi azlıq hökumǝtinǝ rǝhbǝrlik edǝn Dǝmirǝl 12 Sentiyabr çevrilişindǝn sonra siyasǝt sǝhnǝsindǝn kǝnarda durub.
Partiyasının fǝaliyyǝtlǝrinǝ qadağa qoyulan Dǝmirǝl 13 sentiyabr -11 oktyabr tarixlǝrindǝ mǝcburi olaraq Hamzakoyda yaşayıb. 1982 konstitusiyası ilǝ siyasǝtlǝ mǝşğul olması 10 il qadağa edilǝn Dǝmirǝl fǝaliyyǝti dayandırılan Әdalǝt Partiyasının keçmiş idarǝçilǝri ilǝ ǝlaqǝsini kǝsmǝyib. Siyasi partiyaların qurulmasına icazǝ verilmǝsindǝn sonra Dǝmirǝl ilǝ yaxın ǝlaqǝsi olduğu bilinǝn siyasǝtçilǝr vǝ Әdalǝt Partiyasının bir sıra keçmiş idarǝçilǝri tǝrǝfindǝn qurulan Böyük Türkiyǝ Partiyası Milli Tǝhlükǝsizlik Şurasının qǝrarı ilǝ “Әdalǝt Partiyası”nın davamı olduğuna görǝ bağladılıb. Dǝmirǝl siyasǝtlǝ bağlı qadağa qǝrarını pozduğuna görǝ yenǝ Çanaqqala Zincirbozanda mǝcburi olaraq yaşamağa başlayıb. “Zincirbozan” günlǝri 2007-ci ildǝ Dǝmirǝlin da qalasına qatıldığı filmin mövzusu olmuşdur.

Yeddi dǝfǝ hökumǝt qurdu
Dǝmirǝlin siyasǝtlǝ mǝşğul olmasının qadağa edilmǝsinǝ dair qǝrar 1987-ci ildǝ keçirilǝn referendumla lǝğv edilib. Doğru Yol Partiyasının sǝdrliyini 1987-ci il sentiyabrın 24-dǝ Hüsamǝddin Cindoruktan tǝhvil alıb vǝ hǝmin ilin noyabr ayının 29-da ümumi seçkilǝrdǝ birinci yeri tutduqdan sonra özünün rǝhbǝrliyindǝ DYP-SHP koalisiyasını yaradıb.
Yeddinci dǝfǝ hökumǝt quran Dǝmirǝl, 49-cu Türkiyǝ Cümhuriyyǝti Hökumǝtinin Baş naziri olaraq 1991-ci ilin noyabrın 20-dǝn 1993-cü ilin mayın 16-dǝk vǝzifǝdǝ olub.
Süleyman Dǝmirǝl 1993-cü ildǝ 8-ci Cümhurbaşqanı Turgut Özalın vǝfatından sonra may ayında Türkiyǝ Böyük Millǝt Mǝclisi tǝrǝfindǝn 9-cu Cümhurbaşqanı seçilib.

Dövlǝt Başçılığı
Türkiyǝnin 9-cü Dövlǝt başçısı Dǝmirǝlin 7 illik vǝzifǝsi müddǝtindǝ Çankaya Köşkündǝ saysız qǝbulları olub, 125 ölkǝyǝ sǝfǝrǝ edib, xarici dövlǝt rǝhbǝrlǝrini Türkiyǝdǝ qonaq edib, ölkǝnin müxtǝlif şǝhǝrlǝrini gǝzib.

Dǝmirǝl

Dǝmirǝl vǝzifǝsini 10-cu Dövlǝt başçısı Әhmǝt Nǝcdǝt Sezǝrǝ tǝhvil vermǝk üçün tǝşkil etdiyi mǝtbuat konfransında hǝyatda yaşadıqlarını xülasǝ olaraq bu sözlǝrlǝ yekunlaşdıraraq deyib: ‘‘50 ildǝn artıq dövlǝt xidmǝtim, 35 illik siyasǝt hǝyatım, 7 illik Dövlǝt başçılığı etdiyim müddǝtdǝ böyük Türkiyǝ hǝdǝfi, demokratiyanın vǝ konstitusiyaya ǝsaslanan müǝssisǝlǝrin inkişafı, demokratik ǝsasların işlǝmǝsi üçün mübarizǝ apardım’’.
Dǝmirǝl öz ifadǝlǝrilǝ “Atatürkün mǝkanında 7 ildir çǝkdiyi demokratik Cümhuriyyǝt keşiyi” zamanı Çankayanın xalqın evi olduğunu, qapıların ictimaiyyǝtin hǝr qrupuna açıq olduğunu bildirdi. Konstitusiyaya ǝsaslanan bütün vǝzifǝlǝri yerinǝ yetirdiyini vǝ sǝlahiyyǝtlǝrdǝn istifadǝ etdiyini, bunu yerinǝ yetirǝrkǝn dǝqiq olaraq bitǝrǝf rǝftar etdiyini dilǝ gǝtirǝn Dǝmirǝl konstitusiyadan, demokratik vǝ dünyǝvi cümhuriyyǝtin tǝrǝfındǝ olduğunu vurğulamışdır.
28 Fevral prosesi
Türkiyǝnin siyasi tarixindǝ “postmodernizm” çevrilişi kimi yer tutan “28 Fevral” hadisǝ lǝrindǝ Dövlǝt başçısı Dǝmirǝl rǝhbǝrlik etdiyi Milli Tǝhlükǝsizlik Şurasının yığıncağındakı fıkırlǝri ilǝ dǝ siyasi yaddaşlarda öz yerini tutub. Dǝmirǝl hadisǝlǝri bu sözlǝrlǝ dǝyǝrlǝndirib: “Hökümǝt çevrilib? Siyasi partiyalar bağlanıb? Hökumǝt bir müddǝt sonra istefa verib. Konstitusiyaya ǝsasǝn yeni hökumǝt qurulub. Buna çevriliş deyilmǝz”.
“28 Fevral” mǝhkǝmǝsi çǝrçivǝsindǝ şahidlik etmǝsi mǝqsǝdilǝ 2014-cü ilın avqust ayında dǝvǝtnamǝ göndǝrilǝn Dǝmirǝl 2014-cü ilin oktyabrında vǝkili vasitǝsilǝ şahidlik etmǝyǝcǝyini mǝhkǝmǝyǝ bildirib.
Dǝmirǝlin televiziya proqramlarının birindǝ baş örtüyü ilǝ bağlı verilǝn sual qarşısında müxtǝlif dǝyǝrlǝndirmǝlǝri olub. Dǝmirǝl, ictimaiyyǝtdǝ ciddi reaksiyaya sǝbǝb olan açıqlamasında bunları deyib: ‘‘ Universitetǝ başınızı örtüb girǝ bilmǝzsiniz. Konstitusiya, Ali vǝ Avropa İnsan Haqları mǝhkǝmǝlǝri bununla bağlı qanun qǝbul edib. Başını örtǝ bilǝcǝyin yerlǝrǝ gedib oxu. Әrǝbistan kimi yerlǝr dǝ var, oralara get.
Birlikdǝ 65 il keçirdilǝr
Hǝr zaman yanında olan hǝyat yoldaşı Nazmiyǝ Dǝmirǝl dǝ Süleyman Dǝmirǝl qǝdǝr Türkiyǝnin siyasi hǝyatının önǝmli simaları arasında öz yerini tutub.

Dǝmirǝl

Dǝmirǝl cütlüyü 1948-ci il martın 12-dǝ evlǝnib vǝ 2013-cü il mayın 27-dǝ vǝfatına qǝdǝr heç ayrılmayıblar. Nazmiyǝ Dǝmirǝldǝ olan bir xǝstǝliyin sǝhv müalicǝsi nǝticǝsindǝ övlad sahibi ola bilmǝyǝn Dǝmirǝl cütlüyü buna baxmayaraq 65 il bir arada yaşayıb.
Süleyman Dǝmirǝl siyasǝt hǝyatının enişli-yoxuşlu vaxtında ona hǝr zaman dǝstǝk olan, 86 yaşında rǝhmǝtǝ gedǝn yoldaşı üçün vǝfatından sonra bunları deyib: ‘‘Siyasǝtçilǝrin arxasında olmaq asan iş deyil. Nazmiyǝ xanım mǝnim arxamda hǝr zaman möhkǝm dayanıb. Ona görǝ hǝr kǝsin hüzurunda Ona minnǝtdarlığımı ifadǝ etmǝk istǝyirǝm. Biz ǝslindǝ bir almanın iki yarısıyıq. Qalan yarısı mǝnǝm, gedǝn yarısı Nazmiyǝ xanımdır’’.
Uşaqlıq illǝrindǝ çobanlıq etdiyinǝ görǝ “Çoban Sülü” olaraq da yad edilǝn “Türkiyǝnin atası” Dǝmirǝl 50-dǝn artıq universitetin fǝxri doktoru adını alıb, xarici ölkǝlǝrin dövlǝt ordenlǝrinǝ layiq görülüb. Mǝmlǝkǝti İspartada onun adına Süleyman Dǝmirǝl Universiteti yaradılıb, İsparta şǝhǝrindǝki hava limanına vǝ Türkiyǝnin fǝrqli mǝkanlarında müxtǝlif mǝktǝblǝrǝ onun adı verilib.
Dǝmirǝl Türkiyǝnin ǝn gǝnc müdiri, ǝn gǝnc Baş naziri, İsmǝt İnönü vǝ Rǝcǝb Tayyib Әrdoğandan sonra ǝn uzun müddǝtǝ baş nazirlik edǝn siyasi xadimidir. Dǝmirǝl altı dövr millǝt vǝkili seçilib, 7 il siyasǝtlǝ mǝşğul olması qadağan edilib, 7 dǝfǝ hökümǝt qurub.
Türkiyǝnin 9-cu Dövlǝt başçısı Süleyman Dǝmirǝlin 1949-cu ildǝ başladığı mǝmurluq vǝzifǝsindǝn cümhurbaşqanlığının sona çatdığı dövrǝ qǝdǝr keçǝn müddǝtdǝ oxuduğu kitablar, şǝkillǝri vǝ istifadǝ etdiyi ǝşyalar, İslamköydǝ (doğulduğu yer) ötǝn il açılan Süleyman Dǝmirǝl Demokratiya vǝ İnkişaf Muzeyindǝ nümayiş etdirilir.

Türkiyənin 9-cu dövlət başçısı olmuş Süleyman Dəmirəlin siyasi tarixə damğa vuran sözləri
60-cı illər… Kıbrıs məsələsi səbəbi ilə İngiltərə ilə Türkiyənin arası pisləşib. Tam da bu sırada Dəmirəl İngiltərəyə ziyarətə gedir. Dönüşdə jurnalistlərlə arasında keçən dialoq isə belə idi:
- Əfəndim, niyə İngiltərə xarici işlər nazirinin əlini sıxdınız?
- Harasını sıxacaqdım qardaşım?
***
Dəmirəl baş nazirdir. 12 ada mövzusunda Yunanıstanla yenə problem yaşanıb, qarşılıqlı olaraq qılınclar çəkilib. Kabinet toplanıb və yığıncaq uzun saatlar sürüb. Bayırda gözləyən jurnalistlər maraqla toplantı sonrası veriləcək şərhi gözləyirlər:
- Hörmətli baş nazir, Yunanıstan Egey dənizinin bir yunan gölü olduğunu iddia edir. Cavabınız nə olacaq?
- Egey bir türk gölü deyil. Egey bir yunan gölü də deyil. Egey onsuz da bir göl də deyil!!!
***

“Benzin var idi də, bizmi icdik?”
Süleyman Dəmirəlin benzinin yoxluğu haqda jurnalistlərdən yönələn suallara verdiyi əfsanəvi cavab:
- Sumu daha qiymətlidir, benzinmi? Təbii ki su, benzin içilməz, amma su içilər.
***

Kırıkkaledə sursat fabriki partlayıb. “Niyə tədbir görülmədiyi” iddiaları qəzet başlıqlarından enməzkən Dəmirəl öz üslubu ilə hadisəni qiymətləndirər: “Kimin ağılına gələr patlayacagı?
Mən bir gün evimdə oturarkən “Çankayaya çıxım”deyərək çıxmadım”.
***

Müxbir: Əfəndim, dərin dövlət nədir?
Dəmirəl: Dərin dövlət, normal dövlətin relsdən çıxmış halıdır.
***

Dünən dünəndir, bu gün bu gündür.
***

Bir qış PKK atəşkəs elan edərkən Dəmirəl öz üslubu ilə dövlətin dünyagörüşünü çox gözəl yekunlaşdırır:
“Qan tökən insanlar ‘biz qan tökməkdən imtina etdik” deyirsə, “yaxşı etdiniz, alın sizə bir mükafat verək” deyilməsi mümkün deyil. Qan tökən insanlara “aman imtina etməyin, qan tökməyə davam edin” demək də mümkün deyil. Qan tökən insanlar bundan imtina etsələr, “bu yaxşı olmadı” demək də mümkün deyil."
***

Qırx gündə balqabaq yetişməz. (1978-ci ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) 40 gündə türkcə bilməyən müəllimləri müəllim etməsinı görə).

***
-Hörmətli Dəmirəl, Türkiyənin vəziyyətini tək sözlə yekunlaşdırarsınızmı?
Dəmirəl: yaxşıdı..
Hər kəs çaşar, çünki Dəmirəl mövcud vəziyyətə “yaxşı” deyib. Amma davam edər.
Dəmirəl: Amma iki sözlə yekunlaşdırmamı istəsəniz “yaxşı deyil”...
***

Universitet ziyarətlərindən birində sol fikirli bir tələbə Dəmirəli sıxışdırmağa çalışar.
- Türkiyədə edilən hər cür işə sahiblənmək kimi bir adətiniz var…
- Sən harada oturursan?
- Niyə ki? Kadıköydə!
- Ha, işdə bura hər gün gəlmək üçün üstündən keçdiyin körpü var ya...
- ee, bəli
- Onu işdə mən tikdim!
***

Dəmirəl Türkiyənin Avropa Birliyinə girmək üçün tarix götürmə mövzusunu bu lətifə ilə qiymətləndirib:
-Avropa Birliyinə girmək istəyənlər imtahana alınır. Bolqarıstan imtahana girir, “atom bombası nə vaxt atıldı'” deyə soruşulur. “1945” deyir, “keçdin” söylənilir.
Daha sonra Rumıniya imtahana girir. “Atom bombası hara atıldı” soruşulur, “Yaponiya” deyir, “sən də keçdin” söylənilir.
Türkiyəyə sıra gəlincə “atom bombası atıldıqdan sonra ölənlərin adları, soyadları, doğum yerləri, peşələrini söylə” deyilir.
Şərtlər nə qədər ağır olursa olsun, Türkiyə və Avropa çətinlikləri aşacaq və Türkiyə Avropa Birliyinin tam üzvü olacaq.



 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr