Kimisi dəmli sevər kimisi dəmsiz

Çay çoxumuzun vaz keçilməzidir

256439
Kimisi dəmli sevər kimisi dəmsiz

Çay çoxumuzun vaz keçilməzidir
Türk millətinin əksəriyyəti üçün çaysız nahar xəyal edilə bilməz
Həzmsizliyə, dəri quruluğuna və öksürəyə müsbət təsir edən çayın daha bir faydası aşkarlanıb.
Yaponiyalı mütəxəsislərin həyata keçirdiyi araşdırmaya əsasən, çayın içərisində antioksidan xüsusiyyətinə sahib TF-3 maddəsi var.
Araşdırmaya görə, TF-3 maddəsi xüsusilə yaşlılardaki sümük əriməsinin azalmasına yol açır.
Mütəxəsislər TF-3 maddəsini hind donuzu üzərində sınayıblar və müsbət nəticə əldə ediblər.
TF-3 maddəsi verilən hind dunuzlarının sümüklərində qısa müddətdə qalınlaşma müşahidə edilib.
Ancaq bu gözəl xəbəri eşitdiyinizdə dərhal ocağa çaydanı qoymayın.
Çünki sümük əriməniz varsa və çay içərək bu narahatlığın təsirlərini aradan qaldırmaq istəyirsinizsə, həqiqətən çox çay içmək məcburiyyətindəsiniz.
Çünki mütəxəssislər, 60 kilo ağırlığındakı xəstəsinin, nəticə əldə edə bilməsi üçün 3 gündə 60 stəkan çay içməlidir dəyə bildiriblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr