‘‘Tako’’-dan yeni rekord

Meksikanın cənub-şərqindəki Yalisko əyalətində aşbazlar, təxminən 3 kilometr uzunluğunda “taco” hazırlayıb.

250820
‘‘Tako’’-dan yeni rekord

Meksikanın cənub-şərqindəki Yalisko əyalətində aşbazlar, təxminən 3 kilometr uzunluğunda “taco” hazırlayıb.
Qeyd edək ki, Meksikanın ənənəvi yeməklərindən “taco”, dairəvi tortilla çörəklərinin üzərinə, ət, pendir, müxtəlif tərəvəzlər, ədviyyatlar və fərqli souslar qoyularaq hazırlanır.
130 aşbaz, təxminən 6 saat boyunca çalışaraq minlərlə “taco”-nu hazırlaya bilib.
Aşbazlar, “taco”-ları hazırlamaq üçün 1 ton ət, 1 ton çörək və çoxlu ədviyyatdan istifadə ediblər.
“Ginness Rekordlar Kitabı” səlahiyyətlilərinin 3 kilometrlik yeməkləri yeni dünya rekordu olaraq qeydə almasının ardından “taco”-lar, tamaşaçılara paylanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr