Hava şarı ilə Sakit Okeanını keçdilər

Hava şarı ilə Sakit Okeanını keçdilər

203063
Hava şarı ilə Sakit Okeanını keçdilər

  ABŞ və rusıyalı iki pilot 1978-ci ildən bəri qırılmayan "ən uzun məsafəli balon uçuşu" rekordunu təzələyiblər.

  Yaponiyanın Saga bölgəsindən bazar günü yola düşən Troy Bradley və Leonid Tiukhtyaev 8 min 383 kilometrlik balon səfərini başa vuraraq dünya rekordu qazanıblar. Onlar bunu uzun məsafəli uçuşlar üçün nəzərdə tutulan, naviqasiya sistemli "Two Eagle" helium balonunda gerçəkləşdiriblər.

  Bradley və Tiukhtyaev əvvəlcə Kanada və ya ABŞ-a enməyi planlamışlar, amma hava şəraiti imkan vermədiyindən Meksikaya yönəliblər.

  Pilotların növbəti məqsədi "balonla ən uzun müddət havada qalma" rekordunu qırmaqdır. Bunun üçün hava şarı 138 saat 45 dəqiqə havada qalmalıdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr