Türkiyənin məşhur müğənnisi Ferdi Tayfur vəfat edib

Türkiyənin məşhur müğənnisi Ferdi Tayfur  Antalyada müalicə olunduğu xəstəxanada 79 yaşında dünyasını dəyişib

2226492
Türkiyənin məşhur müğənnisi Ferdi Tayfur vəfat edib

Türkiyənin məşhur müğənnisi Ferdi Tayfur  Antalyada müalicə olunduğu xəstəxanada 79 yaşında dünyasını dəyişib. Xəbəri eşidən pərəstişkarları xəstəxanaya axışıb.

Ferdi Tayfurun cənazəsi sabah keçiriləcək mərasimdən sonra İstanbula göndəriləcək və orada torpağa tapşırılacaq.

Son illərdə səhhətində problemlər yaşayan sənətçi, musiqisi ilə milyonların qəlbini fəth edib. O, 9 dəfə “Altın Plak” mükafatına layiq görülüb, 30-dan çox musiqi albomu buraxıb və 30-dan çox filmdə rol alıb.



Әlaqәli Xәbәrlәr