Tehranda “Göz-gözə”

Sərgi dekabrın 19-dək gələnlərin üzünə açıqdır

2215033
Tehranda “Göz-gözə”

 

  İranın paytaxtı Tehrandakı Müasir İncəsənət Muzeyində açılan “Göz-gözə” adlı sərgidə müasir dünya incəsənətinin şah əsərlərindən ibarət əsərlər nümayiş olunur.

  Sərgidə Salvador Dali, Frensis Bekon, Pablo Pikasso, Vinsent Van Qoq, Endi Uorhol, Edvard Monet və Kamal El Molk kimi rəssamların 120 əsəri yer alır.

  “Göz-gözə” sərgisində əhval-ruhiyyə, tarixi portret və qadın rəsimləri kimi müxtəlif bölmələr var.

  Sərginin interaktiv hissəsi də seyirçilərə portret sənətinin tarixi və texnikasını kəşf etmək üçün xüsusi imkan yaradır.

  Böyük marağa səbəb olan sərgi dekabrın 19-dək gələnlərin üzünə açıqdır.



Әlaqәli Xәbәrlәr