Qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılan 1500 illik əsər Türkiyəyə qaytarılıb
IV-VI əsrlər arasında İstanbul, Balıkəsir və İzmitdə zərb edilən 7 sikkə və 1 qızıl medalyon İsveçrədə ələ keçirilib
Türkiyədən qaçaqmalçılıq yolu ilə çıxarılan 1500 illik əsərlər ölkəyə qaytarılıb.
IV-VI əsrlər arasında İstanbul, Balıkəsir və İzmitdə zərb edilən 7 sikkə və 1 qızıl medalyon İsveçrədə ələ keçirilib.
Cenevrə yaxınlığında keçirilən gömrük yoxlaması zamanı isə V-VII əsrlərə aid olduğu təxmin edilən lampa ələ keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin ekspertləri qeyri-qanuni yollarla xaricə çıxarılan əsərlərlə bağlı hesabat hazırlayıb.
Hazerlanan hesabatdan sonra İsveçrə səlahiyyətliləri Türkiyəyə 1 lampa, 7 sikkə və 1 qızıl medalyonu qaytarıb.
Tarixi əsərlər Türkiyənin İsveçrədəki səfirliyində keçirilən mərasimdə Mədəniyyət və Turizm Nazirliyi rəsmilərinə təhvil verilib.Bu əsərlərin noyabr ayında Türkiyəyə gətirilməsi gözlənilir. 2002-ci ildən bəri Türkiyəyə qaytarılan əsərlərin sayı 12,164-ə çatıb.