Türkiyədə Roma dövrünə aid 1600 illik hərbi tikili qalıqları aşkar edildi
Mardin Artuklu Universiteti (MAÜ) Ədəbiyyat Fakültəsi İncəsənət Tarixi kafedrasının dosenti Zekai Erdalın rəhbərliyi ilə bəşər tarixinin ən qədim yaşayış məskənlərindən biri olan Hasankeyf qalasında qazıntılar davam edir
Türkiyənin Batman rayonunun Hasankeyf qəsəbəsində aparılan arxeoloji qazıntılar zamanı Roma dövrünə aid 1600 illik hərbi tikili qalıqları aşkar edilib.
Mardin Artuklu Universiteti (MAÜ) Ədəbiyyat Fakültəsi İncəsənət Tarixi kafedrasının dosenti Zekai Erdalın rəhbərliyi ilə bəşər tarixinin ən qədim yaşayış məskənlərindən biri olan Hasankeyf qalasında qazıntılar davam edir.
İlk dəfə 1984-cü ildə başlanan arxeoloji qazıntılar zamanı Asur, Sasani, Bizans, Dörd Xəlifə, Əməvilər, Abbasilər, Həmdanilər, Mərvanilər, Artuqilər, Əyyubilər, Elxanilər, Osmanlı və Türkiyə Cümhuriyyəti dövrlərinə aid müxtəlif mədəniyyət sərvətləri ortaya çıxıb. Tapıntılar arasında Dəmir dövrünə aid terakota at fiquru, Artuqilər dövrünə aid it dişləməsi, əqrəb və ilan sancmalarına qarşı şəfa qabı, eyni dövrə aid Orta Asiya uyğur tipini əks etdirən gips insan üzü relyefi, oxşar nümunələri İranın Böyük Səlcuqlu və Elxani məscidlərindəki mehrablarda görünən, 13- 14 əsrdən qalma əlvan və bitki mənşəli bəzəkli suvaq parçaları var. Bundan əlavə, Artuqilərdən Osmanlıya qədər olan dövrə aid qulplu və mismarlı tabutlarla basdırılmış müsəlman qəbirləri aşkar edilib.
2023-cü ildə ilk dəfə burada tibb sahəsində istifadə edilən, üzərində tilsim, möhür və ayələr yazılan şəfalı kasa, iki əqiq və sümükdən oxatan üzükləri olan zihgirlər tapılıb.
Arxeoloji qazıntı qruplarının vasvasılıqla apardıqları çalışma zamanı Roma imperatoru II Konstantin dövrünə aid olduğu təsbit edilən 1600 illik hərbi tikilinin qalıqları meydana çıxıb.