TRT “Müqəddəs işğal”ı təqdim edir
Sənədli filmin xüsusi nümayişi avqustun 24-də Türkiyə vaxtı ilə saat 15.00-da İstanbulda “Atlas Cinema”da olacaq
Türkiyə Radio və Televiziya Qurumu - TRT-nin hazırladığı “Müqəddəs işğal” (Holy Redemption) sənədli filmində Qəzza soyqırımına diqqət çəkilir.
İordan çayının qərb sahilində yəhudi məskunlaşanların fələstinlilərə qarşı törətdikləri vəhşiliklərdən bəhs edən “Müqəddəs işğal” sənədli filmi tamaşaçılara təqdim olunur.
İsrailin uzun illərdir blokadada saxladığı Qəzzada təxminən 10 aydır getdikcə daha çox davam edən soyqırımı dünya ictimaiyyətinin görməsini, duymasını istəyən TRT bu məqsədlə mühüm işə imza atıb.
İşğal altında olan Fələstin torpaqlarında “TRT World” çəkiliş qrupları tərəfindən ərsəyə gələn sənədli filmin xüsusi nümayişi avqustun 24-də Türkiyə vaxtı ilə saat 15.00-da İstanbulda “Atlas Cinema”da olacaq.
Film Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq ictimaiyyətin əksəriyyəti tərəfindən qeyri-qanuni hesab edilən yəhudi köçkünlərin İordan çayının qərb sahilində fələstinlilərə qarşı törətdikləri vəhşilikləri şahidlərin və fəalların gözü, sözü, təəccüblü görüntülər və müsahibələrlə dünyaya göstərəcək.
Sənədli film 2023-cü ilin 7 oktyabrında başlayan Qəzza soyqırımı zamanı 2 aylıq çətin bir prosesdən sonra “TRT World” Araşdırma Qrupunun İordan çayının qərb sahilindəki İsrail radikal qruplarına sızmasından sonra hazırlanıb.
Fələstin torpaqlarının işğalını üzə çıxaran filmdə hətta İsrail mediasının belə bəzən “İsrailin İŞİD-i” kimi qələmə verdiyi “Hilltop Youth” radikal qrupunun təlim keçdiyi polis bölmələrinin içindən çəkilmiş kadrlar da yer alır.
İsrailin keçmiş hərbçiləri, radikal məskunlaşma qruplarının başçıları və parlamentinin üzvlərilə olan müsahibələrlə fələstinliləri köçürmə strategiyaları və sistematik şəkildə torpaq oğurlama siyasətini əks etdirən sənədli film fələstinlilərin evlərinin necə dağıdıldığını və qanunsuz yerləşmə prosesini real kadrlarla göstərir.
Filmin xüsusi nümayişində dünyanın müxtəlif ölkələrindən tanınmış jurnalistlər, ictimai fəallar və akademiklərin iştirakı gözlənilir.
Әlaqәli Xәbәrlәr
Türk Sənədli Filmlər Festivalına 9 ölkədən 300 müraciət
IX Türk Dünyası Sənədli Filmlər Festivalı böyük marağa səbəb olub və