Qoran Breqoviç Türkiyə turunda

Q.Breqoviç iyulun 8-də Çeşmə Açıq Hava Teatrında, 12-də isə İstanbulda konsert verəcək

2160424
Qoran Breqoviç Türkiyə turunda

 

  Balkan musiqisi sənətkarlarından olan Qoran Breqoviç Türkiyə turunun ilk dayanacağı olan paytaxt Ankarada musiqisevərlərlə görüşüb.

  Oran Açıq Səhnəsində "Toy və yas qrupu" mənasını verən "The Wedding and The Funeral Band" ilə konsert verən sənətçi çıxışında deyib: "Bu axşam sizinlə birlikdə olmaqdan çox xoşbəxtəm. Sizə musiqi ilə dolu xoş axşam arzulayıram".

  "Vino Tinto", "Maki Maki" və "Duj Duj" kimi məşhur mahnılarını ifa edən Breqoviçin konserti təxminən 2 saat musiqisevərlərin mahnıları onunla birlikdə oxumaları və rəqslərilə yadda qalıb.

  Qona Breqoviç iyulun 8-də Çeşmə Açıq Hava Teatrında, 12-də isə İstanbulda konsert verəcək.



Әlaqәli Xәbәrlәr